Beynəlxalq qurum Azərbaycan barədə bədbin proqnoz verdi – Detallar

16:11 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. "Moody's Investors Service" Azərbaycanın büdcə gəlirləri barədə bədbin proqnoz verib.

ABC.AZ-ın məlumatına görə, beynəlxalq qurum bu il ölkədə büdcı gəlirlərinin azalacağını proqnozlaşdırıb. Qurum hesab edir ki, bu il Azərbaycanın büdcə gəlirlərinin ÜDM-ə nisbəti 12,5 faiz bəndi azalacaq.

Beynəlxalq qurum bunun əsas səbəbini  neftə azalan tələbat və neftin ucuzlaşması ilə əlaqələndirir.

Qeyd edək ki, ötən il Azərbaycan dövlət büdcəsinin gəlirləri 24,218 mlrd. manat, xərcləri isə 24,426 mlrd. manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər