Ermənistanda ölkə əhalisi təxminən 16% azalıb – Araşdırma

17:01 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Ermənistanda ciddi miqrasiya problemi barədə yaşandığı barədə araşdırma yayıb.

ABC.AZ quruma istinadən xəbər verir ki, 3 milyona yaxın əhalisi olan Ermənistan müstəqillik qazandığı gündən indiyə qədər kəskin demoqrafik problemlər yaşayır.

"BMT-nin 2019-cu il üzrə Beynəlxalq Miqrasiya hesabatına əsasən, 1990-cı ildən bu günədək Ermənistanda ölkə əhalisi təxminən 16% azalıb. Bu cür kəskin azalma tendensiyası ölkədə doğum nisbətinin aşağı düşməsi, daha da önəmlisi isə miqrasiya səviyyəsinin artması ilə əlaqədardır. 2018-ci ilin hesablamalarına görə, bu ölkədə xalis miqrasiya əmsalı mənfi olub və hər 1000 nəfərə 5.6 mühacir təşkil edib.

Ermənistandakı ümumi sosial-demoqrafik mənzərə bizə əsaslı olaraq iddia etməyə imkan verir ki, mühacirətin davamlı xarakter alması bu ölkə üçün tükəndirici faktora çevrilə bilər və hazırda elə həm də çevrilməkdədir. Demoqraflar həyəcan təbili çalaraq bildirirlər ki, Ermənistan “yaşlanır” və bunun əsas səbəblərindən biri də miqrasiyadır. Ölkədən gedən insanların yaş qrupları üzrə bölgüsünə baxdıqda problemin daha da dərin olduğunu görürük" deyə araşdırmada qeyd olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər