Gələn il Azərbaycanda işsizlik azalacaq – BVF proqnoz açıqladı

17:17 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda işsizlik üzrə yenilənmiş proqnozunu artırıb.

ABC.AZ-ın məlumatına görə, BVF-nin "World Economic Outlook" hesabatının oktyabr buraxılışına əsasən, 2020-ci ildə Azərbaycanda işsizlik səviyyəsi 6,5% təşkil edəcək.

BVF gələn ilin də proqnozunu verib. Belə ki, 2021-ci ildə ölkədə işsizliyin azalaraq 5,8%-ə bərabər olacağı gözlənilir. Qeyd edək ki, bundan əvvəl Fondun 2020-ci və 2021-ci il üçün işsizlik üzrə iyun proqnozu 5%-ə bərabər idi.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər