330x100
 

Qazaxıstan bir sıra malların MDB ölkələrinə ixracını qadağan etdi – 3 illik

13.10.2020,20:05


13 oktyabr, Fineko/abc.az. Qazaxıstan ərazisindən MDB ölkələrinə avtomobil yolu ilə mayeləşdirilmiş neft qazı, propan və butan ixracına qadağa tətbiq edilib. ABC.AZ xəbər verir ki, qadağa 3 il müddətinə tətbiq olunub. Qadağaların tətbiq olunmasının səbəbi də məlum olub. Belə ki, qadağalar ətraf mühitin qorunması məqsədilə tətbiq olunur. Sözügedən qadağa Almatı vilayətində, Qazaxıstan-Çin sərhədində yerləşən "Dostık" gömrük məntəqəsinə şamil olunmayacaq. Müəllif: Elmir Murad