Ermənilər Tərtəri artilleriyadan atəşə tutdu – Daha bir mülki sakini həlak oldu

10:17 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Oktyabrın 14-ü səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, bu gün saat 9 radələrində Tərtər rayonu, Narlı qəsəbəsində yaşayan 1969-cu il təvəllüdlü Axundov Ədavət Zahid oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində həlak olub, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

 

Bütün xəbərlər