Bakı Fond Birjası AMB-nın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək

16:56 - 6.02.2018


6 fevral, Fineko/abc.az. Bakı Fond Birjası fevralın 7-də Azərbaycan Mərkəzi Bankın (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək.

Birjanın məlumatında deyildiyi kimi, emissiyanın məbləği 150 milyon manat, hər notun nominal dəyəri 100 manat təşkil edəcək.

“Notların tədavül müddəti 28 gün, ödəmə tarixi 2018-ci ilin martın 7-dir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər