Fransanın XİN rəhbəri Ermənistana dəstəkdən imtina etdi – Biz neytral qalmalıyıq

10:26 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Fransanın Xarici işlər naziri Jan-İv Lö Drian ölkənin bir sıra deputat və merlərinin Dağlıq Qarabağ münaqişəsi məsələsində ermənilərin tərəfinə keçmələri çağırışlarını rədd edib.

ABC.AZ-ın məlumatına görə, nazir Fransanın Milli Assambleyasında deputatlar qarşısında çıxış edərkən Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi statusu ilə əlaqəli olaraq, ölkənin bu məsələdə neytral mövqeyini saxlayamalı olduğunu qeyd edib: “1994-cü ildə ATƏT-in Rusiya, ABŞ və bizə həvalə etdiyi missiya Fransanın üzərinə bitərəf mövqe tutmaq tələbi qoyur. İki ölkənin birinin və ya digərinin tərəfini tutmağımız düzgün olmaz”.

 

 

Bütün xəbərlər