Ermənistanın humanitar atəşkəsə “sadiqliyi” tamamilə riyakarlıqdır – Prezidentin köməkçisi

11:18 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Prezidentin köməkçisi Hikmət Hacıyev yeni tvitt ataraq Ermənistanın riyakarlıq etdiyini vurğulayıb.

ABC.AZ-ın məlumatına görə, H.Hacıyev Ermənistanın humanitar atəşkəsə “sadiqliyi”-nin tamamilə riyakarlıq olduğunu qeyd edib.

“Səhər saatlarından etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalır. 100-dən çox top mərmisi şəhəri və kəndlərini vurdu. Bir mülki şəxs öldürülüb, 6 mülki vətəndaş yaralanıb. Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın “Stalinqrad”ıdır”, - deyə H.Hacıyev qeyd edib.

 

Bütün xəbərlər