330x100
 

Xırdalan dairəsinin yanındak dəmir yolu körpüsünün tikintisindən nə xəbər? – Foto

14.10.2020,11:43


14 oktyabr, Fineko/abc.az. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajı yekunlaşdırılaraq, tağ hissəsinin quraşdırılmasına başlanılıb.

ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

O qeyd edib ki, bundan öncə körpünün monolit dəmir-beton dayaqlarının inşası aparılaraq yekunlaşdırılmışdı.

Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Yeni körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.