Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır – Hikmət Hacıyev

11:56 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Humanitar atəşkəs adı altında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket və artilleriya vasitələri ilə hücumlar davam edir.

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycana qarşı raket hücumları Ermənistan ərazisindən həyata keçirilir.

"Ermənistan çalışır ki, münaqişənin coğrafiyası genişlənsin və üçüncü tərəfləri münaqişəyə cəlb etsin. Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəfləri yoxdur. 11 oktyabrda Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin əhalinin sıx yaşadığı məntəqəsinə “SCUD” tipli ballistik raket də Ermənistanın ərazisindən atılmışdı. SCUD tipli böyük məhv etmə gücünə malik olan raketin döyüş zonasından kənarda mülki insanlara qarşı istifadə olunması ATƏT məkanında birinci haldır. Ümumiyyətlə, dünya üzrə son hərbi münaqişələrdə müşahidə olunan nadir hallardan biridir" deyə H. Hacıyev qeud edib.

 

Bütün xəbərlər