Muzdla işləyənlərin çalışdığı sahələr üzrə sıralanması – Siyahı

15:57 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi 2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında qeydə alınmış bir sıra göstəriciləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə muzdla işləyənlərin 19,4 faizi təhsil, 18,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,3 faizi tikinti, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər