Bu on ildən çoxdur ki, Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir – İlham Əliyev

16:20 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Təbii ki, biz qardaş Türkiyəni bu prosesdə görürük. Biz bunu alqışlayırıq. Biz bilirik ki, Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var.

O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, biz o dərinliyə getmək istəmirik.

"Ona görə mən demişəm ki, de-yure, ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var. Çünki əziz qardaşım, hörmətli Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsi ilə bağlı hörmətli Putinlə dəfələrlə görüşmüşdür, dəfələrlə danışmışdır. Artıq uzun illərdir, yəni, on ildən çoxdur ki, bu məsələ Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir. Mənim bundan xəbərim var. Həm Türkiyə Prezidenti, həm Rusiya Prezidenti bu haqda mənə demişdilər. Onsuz da Türkiyə var. İndi daha çox, daha böyük həcmdə, daha böyük miqyasda var".

 

Bütün xəbərlər