Bu hadisə xalqımızın böyük olduğunu bir daha göstərir – İlham Əliyev

16:29 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Bu hadisə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha göstərir. Deyir ki, evim də batsın, malım da batsın, təki Qarabağ alınsın və biz hamımız bu amalla yaşayırıq, hamımız.

Biz bu nisgili, bu həsrəti 30 ildir yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa yox? Buna son qoyuruq və qoyacağıq.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində deyib.

Dövlət başçısı daha sonra sözlərinə belə davam edib: "Bu məsələ ilə bağlı indiki mərhələdə yalnız irəli getməliyik. Biz Ermənistana şans verdik. Biz bu atəşkəsə razı olmaya da bilərdik. Deyərdik ki, biz razı deyilik. Kim bizi məcbur edə bilərdi?! Heç kim. Biz bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər. Onlar da yazıqdırlar. Onları da qovurlar”.

 

Bütün xəbərlər