Ermənistan ballistik raketləri sivillərin sıx məskunlaşdığı böyük şəhərlərə qarşı istifadə edir – Hikmət Hacıyev

16:50 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Ermənistan hazırda atəşkəs rejimini kobud şəkildə pozaraq Ağdam, Tərtər rayonlarını atəşə tutaraq eskalasiyanı daha da artırır.

ABC.AZ-ın məlumatına görə, Prezidentin köməkçisi Hikmət Hacıyev, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəhərlərini raket atəşinə tutması ilə bağlı xarici ölkələrin səfirləri və hərbi attaşelərinin iştirakı üçün keçirilən brifinqdə bildirib.

H.Hacıyev qeyd edib ki, hazırda münaqişə öz ərazisindən kənara çıxıb, çünki Ermənistan münaqişə zonasından xeyli uzaqda yerləşən şəhərləri atəşə tutur: "Ermənistan eyni zamanda öz ərazisindən də Azərbaycanı atəşə tutur. Müstəqil Dövlətlər Birliyi tarixindən ilk dəfədir ki, Ermənistan bu cür dağıdıcı gücə malik ballistik raketləri sivillərin sıx məskunlaşdığı bu böyüklükdə şəhərə qarşı istifadə edir. Bildiyiniz kimi, Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini vurmaq üçün hazır vəziyyətə gətirilmişdi. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmini üçün həmin raket sistemlərinin zərərsizləşdirilməsi tədbirləri görülüb".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər