Beynəlxalq hüquqa görə təhlükə yaradan hərbi hədəfləri vurmaq hüququ var - Prezidentin köməkçisi

16:57 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur, çünki beynəlxalq hüquqa görə təhlükə yaradan hərbi hədəfləri vurmaq hüququ var.

ABC.AZ-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəhərlərini raket atəşinə tutması ilə bağlı xarici ölkələrin səfirləri və hərbi attaşelərinin iştirakı ilə keçirilən brifinqdə bildirib.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan səhər saatlarında da Azərbaycanın mülki əhalisini vurmaq üçün öz raket sistemlərini hazır vəziyyətə gətirmişdi. "Azərbaycan həmin raket sistemini neytrallaşdırmaq üçün beynəlxalq hüququndan istifadə edir. Bundan öncə də Ermənistan Gəncəni və digər şəhərləri raket atəşinə tutub. Növbəti belə hal yaşanmaması üçün həmin hərbi obyektlər zərərsizləşdirilir”.

 

Bütün xəbərlər