Ceyhun Bayramovla Lavrovun telefon danışığı olub – Detallar

17:02 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Xarici İşlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

ABC.AZ-ın məlumatına görə, C.Bayramov rusiyalı həmkarına regionda sonuncu gərginliklə bağlı məlumat verib.

O, 14 oktyabr tarixində gecə saat 1-də və daha sonra səhər saat 8-də Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonu ilə sərhəd olan ərazidə öz raket sistemlərinin Azərbaycan ərazisini atəşə tutmaq məqsədilə hazırlıq vəziyyətinə gətirildiyi və Azərbaycan Silahlı Qüvvələrinin legitim hədəf kimi bu raket sistemlərini hazırlıq vəziyyətində məhv etdiyini Serqey Lavrovun diqqətinə çatdırıb.

S.Lavrov mülki şəxslərin tələfatı ilə bağlı öz ciddi narahatlığını ifadə edib. O, Moskva görüşü zamanı razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin vacibliyini vurğulayıb.

 

Bütün xəbərlər