Raketlər məhv edilməsəydi Bakını da ötə bilərdi – General

17:09 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəhərlərini raket atəşinə tutması ilə bağlı xarici ölkələrin səfirləri və hərbi attaşelərinin iştirakı ilə brifinq keçirilib.

ABC.AZ-ın məlumatına görə, brifinqdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini, HHQ-nin Qərargah rəisi general-mayor İkram Əliyev bildirib ki, oktyabrın 12-də Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi endirilib.

General bildirib ki, əgər dünən həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Dağlıq Qarabağa keçsə, məsafəsi Bakını da ötə bilərdi. "Ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində 1 ədəd "Toçka-U" raketi məhv edilib" deyə general qeyd edib.

 

 

Bütün xəbərlər