General Ermənistanın məhv edilən raketlərinin sayını açıqladı - Texnika düşmənin 71-ci raket alayının tərkibindədir

17:20 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Oktyabrın 14-də gecə saat 1 radələrində 2 ədəd, səhər 8.30 radələrində 1 ədəd olmaqla “Elburus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib.

ABC.AZ-ın məlumatına görə, brifinqdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini, HHQ-nin Qərargah rəisi general-mayor İkram Əliyev bildirib.

Genüral qeyd edib ki, 300 km atış məsafəsinə sahib "Elbrus" raketi Dağlıq Qarabağa gətrilərdisə, Bakıya da çatardı. "Kəşfiyyat məlumatlarına görə,

Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir” deyə İ. Əliyev vurğulayıb.

 

Bütün xəbərlər