Ermənilər gecə hücum etdi – Ordumuz düşməni geri oturtdu

10:06 - 15.10.2020


15 oktyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib.

Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub.

Canlı qüvvə, döyüş texnikası, silah-sursat, yanacaq tükənmək üzrədir.

 

 

Bütün xəbərlər