330x100
 

Ermənistan iflasa gedir – Üzüm istehsalçıları məhsulu dəyər-dəyməzə satır

15.10.2020,11:22


15 oktyabr, Fineko/abc.az. Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasətinin təsiri artıq iqtisadiyyatının bütün sahələrində özünü göstərir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ABC.AZ-a daxil olan məlumata görə, bunu qurum Ermənistanın kütləvi informasiya vasitələrinə istinadən analiz edib.

Qeyd olunub ki, artıq bu ölkənin üzümçülük sektorunda da ciddi problemlər yaşanır.

Belə ki, Ermənistanda hərbi səfərbərliyin davam etməsi üzüm emalı zavodlarının tam gücü ilə işləməsinə mənfi təsir göstərib. Bunun nəticəsində üzüm emalı müəssisələri aldıqları üzümün qiymətini kəskin ucuzlaşdırıblar. Hazırda Ermənistanda emal müəssisələri üzümün bir kiloqramını 90 drama (0,18 dollar) və ya ondan da daha aşağı qiymətə alırlar. Alternativ satış imkanı olmayan fermerlərdə isə emal müəssisələrinin şərtlərini qəbul etməyə məcburdular və onlar məhsullarını maya dəyərindən də ucuz satmalı olurlar. Nəticədə Ermənistanda üzüm istehsalçıları müflisləşirlər.