12:00 - 7.02.2018
7 fevral, Fineko/abc.az. Avropa İnvestisiya Bankı (AİB) Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 milyard avro həcmində kredit təsdiqləyib.
Bankın məlumatında deyilir ki, AİB Direktorlar Şurası çərşənbə axşamı günü TAP qaz kəmərinin tikintisinə 1,5 milyard avro həcmində kreditin ayrılmasını təsdiq edib.
“2018-ci ildə ilk olaraq fevralın 6-da keçirilmiş iclasda AİB, TAP qaz kəmərinin tikintisi layihəsinə 1,5 milyard avro həcmində maliyyələşmənin təqdim edilməsini təsdiqlədi”, - məlumatda belə deyilir.
TAP qaz kəmərinin ümumi uzunluğu 878 km təşkil edəcək ki, bunun 550 km hissəsi Yunanıstanın şimali hissəsindən, 215 km hissəsi Albaniya ərazisindən, 105 km Adriatik dənizindən və 8 km hissəsi İtaliya ərazisindən keçəcək.
TAP layihəsi, “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan təbii qazın Yunanıstan və Albaniya vasitəsilə Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub.
Trans-Adriatik Boru Kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü növbəti şəkildədir: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (20%), BP (20%), Snam (20%), Fluxys (19%), Enagas (16%) və Axpo (5%).
TAP tikintisi layihəsinin dəyəri 4,5 milyard avro həcmində qiymətləndirilir.
25 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
22 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024