Erməni təxribatının fəsadları – 43 mülki şəxs ölüb

14:11 - 15.10.2020


15 oktyabr, Fineko/abc.az. Baş Prokurorluq erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

ABC.AZ-ın məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 218 nəfər yaralanıb.

Bundan başqa, 290 mülki obyekt, 1592 yaşayış evi və 79 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.

 

Bütün xəbərlər