“Azəralüminium” Azərbaycan istehsalçısının fəaliyyəti yenidən təşkil olunacaq

12:11 - 7.02.2018


7 fevral, Fineko/abc.az. Azərbaycan alüminium istehsalı sahəsində ixrac potensialını genişləndirmək niyyətindədir.

“Azərbaycanın Sənaye Korporasiyası”nın Baş Direktoru Kamran Nəbizadə bildirib ki, müasir ekologiya tələblərinə uyğunluq məqsədilə, “Azəralüminium” ASC-nin fəaliyyəti yenidən təşkil olunacaq.  

“Bu yenidən təşkilin məqsədi  sözügedən sahədə rəqabətədavamlılığın təmin edilməsi, həmçinin ixrac potensialının genişləndirilməsidir”, - K.Nəbizadə belə deyib.

 

Bütün xəbərlər