Hikmət Hacıyev Ermənistanın dinc sakinlərimizi vurmasının səbəbini açıqladı - İtkilərin sayını artırmaq

15:34 - 15.10.2020


15 oktyabr, Fineko/abc.az. Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter"də yeni paylaşım edərək Ermənistanın mülki əhalini vurmaqda məqsədini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, o  Ermənistanın belə addım atmasını mülki şəxslər arasında itkilərin sayını artırmaq olması ilə izah edib.

H.Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Tərtər şəhər qəbiristanlığına amansız hücumu nəticəsində yaralı mülki şəxslərin sayı 5-ə yüksəlib.

“Şəhər qəbiristanlığının hərbi əhəmiyyəti varmı? Əlbəttə ki, yox!”, - deyə H. Hacıyev qeyd edib.

 

Bütün xəbərlər