Qonşu ölkənin bəzi şəhərlərində qadağalar başlayır - Yoluxma səbəbindən

15:40 - 15.10.2020


15 oktyabr, Fineko/abc.az. Gürcüstanda epidemoloji vəziyyətin pisləşməsi səbəbi ilə paytaxt Tbilisi və İmereti bölgəsində oktyabrın 16-ı saat 22:00-dan etibarən restoranlar və əyləncə mərkəzlərinin fəaliyyətləri dayandırılır.

ABC.AZ xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya bildirib. Nazir qeyd edib ki, yoluxma sayının yaxın günlərdə daha çox olacağı gözlənilir. "Qərar qəbul etdik ki, Tbilisi və İmeretidə sabahdan etibarən restoran və istənilən növ əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılsın. Göründüyü kimi hər gün virusa yoluxma sayı artır, yaxın günlərdə gündəlik olaraq yoluxma sayının 1000-ni keçəcəyi gözlənilir", - deyə Qaxariya bildirib.

 

Bütün xəbərlər