Ermənistan ordusunun 1 gündə bu qədər texnikası məhv edilib – Siyahı

10:00 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

 

Bütün xəbərlər