Yaxın vaxtlarda yeni açıqlamalar erməniləri daha da sarsıdacaq – İlham Əliyev

10:02 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Türkiyənin NTV televiziya kanalına müsahibəsibə verib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı bir sıra vacib məsələlərə toxunaraq qeyd edib ki, erməni ordusunun texniki təchizatı indi çox sarsıldı.

“Yəni, çökür. Biz irəliləyirik, hər dəfə yeni torpaqları azad edirik və bu, reallıqdır. Yaxın vaxtlarda yeni olacaq açıqlamalar onları daha da sarsıdacaq. Erməni xalqı da həqiqəti bilməlidir. Ən dəqiq məlumatı biz veririk. Ona görə erməni xalqı əgər real vəziyyəti öyrənmək istəyirsə bizə qulaq assın, bizi eşitsin” – deyə dövlət başçısı müsahibə zamanı bildirib.

 

Bütün xəbərlər