Ermənistan qaçan hərbçilərin qarşısını almaq üçün komendant postları qurub – Rəsmi

10:20 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bunun qarşısını almaq məqsədilə Ermənistan rəhbərliyi Gorus və Turşsu yaşayış məntəqələrinin avtomobil yollarında hərbi polisin komendant postlarını qurub. 5-ci dağatıcı alayın müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Alayın bölmələrində ərzaq və döyüş sursatı çatışmır.

 

Bütün xəbərlər