Oktyabrın 15-də valyuta hərracında AMB banklara $64,7 mln. satıb

10:24 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Dünən Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, oktyabrın 15-də valyuta hərracında banklara $64,7 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $64,7 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Bütün xəbərlər