Dağlıq Qarabağ ərazisinə gələn muzdlular döyüşməkdən imtina edir - Ermənilər arasında çaxnaşma yaranıb

10:31 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb. ABC.AZ xəbər verir ki, Ermənistan ordusunun 10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.

9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.

Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

 

Bütün xəbərlər