330x100
 

Bu şəxslər zəruri olmadığı təqdirdə küçəyə çıxmasın – Operativ Qərərgahdan çağırış

16.10.2020,10:48


16 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusa yoluxma sayının artması ilə əlaqədar yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı məlumat yayıb.

ABC.AZ xəbər verir ki, yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.

"Bir daha vətəndaşlarımızı COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq" deyə məlumatda qeyd olunub.