Rusiya hərbi müşahidəçilərinin Qarabağda yerləşdirilməsi fikrini dəstəkləmirik – Hikmət Hacıyev

11:22 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Azərbaycan Rusiya Federasiyasından olan hərbi müşahidəçilərin Qarabağda yerləşdirilməsi fikrini dəstəkləmir.

ABC.AZ xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev “El Mundo” qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycan əməliyyatları başqa bir ölkənin ərazisində deyil, suveren ərazilərində aparır.

"Bu hərbi qüvvələrin göndərilməsinin hazırda məqsədəuyğun olduğuna inanmırıq. Hazırda buna ehtiyacımız yoxdur”,- deyə H. Hacıyev qeyd edib.

 

Bütün xəbərlər