Qırx yeddi mülki şəxs ölüb, 222 nəfər yaralanıb – Erməni təxribatının fəsadları

11:51 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumdan ABC.AZ-a daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 47 mülki şəxs qətlə yetirilib, 222 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 301, çoxmənzilli yaşayış binalarının sayı 84, yaşayış evlərinin sayı isə 1 669-dir.

 

Bütün xəbərlər