Bu tibb işçilərinə 850 min manat məbləğində əlavə pul ödənilib

12:03 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına sentyabr ayı ərzində  əlavələr ödənilib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1220 tibb işçisinə 850 min manat məbləğində müddətli əlavə ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq ödənilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər