330x100
 

Azərgold elan etdiyi tenderin qalibinə 80 milyon manata yaxın pul ödəyəcək – Müqavilə

16.10.2020,12:28


16 oktyabr, Fineko/abc.az. "Azərgold" QSC Çovdar Filiz Emalı Sahəsində sulfid fazası üzrə üstaçma, mədənçıxarma, daşınma və Ağyoxuş, Mərəh, Çovdar sahəsinin oksidli süxurlarının xırdalanması işlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

QSC-dən ABC.AZ-a daxil olan məlumata görə,  açıq tenderin qalibi "Star Mining" MMC olub.

"Azərgold" qalib şirkətlə müqavilə imzalayıb. QSC tenderin qalibinə nə az, nə çox 78 milyon 328 min 115 manat ödəyəcək.