Avtomobil, qoşqu və yarımqoşquların istehsalı artıb – Hesabat

14:42 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 236,9 mln manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 72,2%, sair nəqliyyat vasitələrinin istehsalı 59,4%, maşın və avadanlıqların istehsalı isə 28,9% artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər