Doqquz ayda ölkəyə gələn əcnəbilərin sayı açıqlanıb – Kəskin azalma var

14:48 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 686,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

ABC.AZ xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin tətbiq olunması cari ilin aprel-sentyabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər