330x100
 

Yanvar-sentyabrda Azərbaycana ən çox bu ölkələrdən gəliblər - Siyahı

16.10.2020,15:20


16 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin sayını açıqlayıb.

ABC.AZ xəbər verir ki, 9 ay ərzində ölkəmizə 686,3 min əcnəbi gəlib ki, onların da 28,1%-i Rusiya, 24,9%-i Gürcüstan, 18,1%-i Türkiyə, 8,3%-i İran, 2,1%-i Ukrayna,1,8%-i Hindistan, 1,7%-i Səudiyyə Ərəbistanı, 1,2%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), hər birindən 1,1% olmaqla Pakistan, Türkmənistan və Qazaxıstan, 1,0%-i Küveyt, 0,9%-i Böyük Britaniya, hər birindən 0,7% olmaqla Özbəkistan, İraq və Belarus, 0,6%-i İsrail, 5,8%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 78,7%-ni kişilər, 21,3%-ni qadınlar təşkil edib.