Hikmət Hacıyev ermənilərin Ordubada atdığı raketə münasibət bildirib –Münaqişənin coğrafi əhatəsini genişləndirmək istəyirlər

15:27 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın Ordubada atdığı raket zərbəsi ilə bağlı "twitter" hesabında paylaşım edib.

ABC.AZ-ın məlumatına görə, paylaşımda "Ermənistan Naxçıvanın Ordubad bölgəsinə raket hücumu həyata keçirib.

Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışdığına dəlalət edir" - deyə qeyd olunub.

Prezidentin köməkçisinin paylaşımında daha sonra bildirilir ki, hərbi əməliyyatlar getdiyi bölgədən uzaqda yerləşən Azərbaycan şəhərlərinə raket zərbələri endirirlər.

"Bütün məsuliyyət Ermənistanın üzərinə düşür",-deyə Prezidentin köməkçisi qeyd edib.

 

Bütün xəbərlər