Bu ölkələrdən Azərbaycana gələnlərin sayı kəskin azalıb - Siyahı

15:42 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi Dövlət Statistika Komitəsi yanvar-sentyabr aylarında Azərbaycana gələn əcnəbilərin sayını açıqlayıb.

ABC.AZ xəbər verir ki, 9 ayda ölkəmizə 686,3 min əcnəbi gəlib.

Bəhs olunan dövrdə  Çindən gələnlərin sayı 14 dəfə, Cənubi Koreyadan – 12,2 dəfə, İsraildən – 9,2 dəfə, Polşadan – 9 dəfə, Yaponiyadan – 8,8 dəfə, İraqdan – 8,4 dəfə, Səudiyyə Ərəbistanından – 7,8 dəfə, Macarıstandan – 7,2 dəfə, Omandan və ABŞ-dan – 6,4 dəfə, Kanadadan və BƏƏ-dən – 6,3 dəfə, Fransadan – 5,7 dəfə, Almaniyadan və Türkmənistandan – 5,2 dəfə, Qətərdən – 5,1 dəfə, Niderlanddan ­– 5 dəfə, Böyük Britaniyadan – 4,9 dəfə, Qazaxıstandan – 4,5 dəfə, Pakistandan – 4,4 dəfə azalıb. Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,5 dəfə azalaraq 20,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,6 dəfə azalaraq 94,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,7 dəfə azalaraq 234,9 min nəfər olub.

 

Bütün xəbərlər