Ermənilərin məktəblərə vurduğu ziyanın həcmi açıqlanıb – Nazir brifinq keçirib

16:09 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Sentyabrın 27-dən Ermənistanın təcavüzü nəticəsində bir çox bölgələrimizdə təhsil müəssisələrimizə və mülki insanlarımıza hücumlar qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Nazir qeyd edib ki, cəbhə xəttində olan 40-a qədər məktəbə zərər vurulub: "Bir neçə məktəbə isə ciddi ziyan dəyib. Eyni zamanda 3 şagird həlak olub, 15 şagird isə xəsarət alıb. Bir çox bölgələrimizdə 1 221 təhsil müəssisəsi bu səbəbdən öz fəaliyyətini distant təhsilə keçirib”.

 

Bütün xəbərlər