Təkcə pilotsuz aparatlarla düşmənin 1 milyard dollardan artıq dəyərində texnikasını məhv etmişik – İlham Əliyev

16:44 - 16.10.2020


16 oktyabr, Fineko/abc.az. Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur.

ABC.AZ xəbər verir ki, bunu “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyovun sualına cavab verərkən Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, bizim orduda 100 mindən çox döyüşçü var:

"Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün malik olduğumuz silahlı dəstələr onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur. Biz təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv etmişik. Buraya bizim malik olduğumuz başqa vasitələr daxil deyil".

 

Bütün xəbərlər