Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

14:43 - 17.10.2020


17 oktyabr, Fineko/abc.az. Oktyabrın 17-i gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

Bu barədə ABC.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

 

Bütün xəbərlər