Gecə Ordumuz düşmənin 17 ədəd hərbi texnikasını məhv edib – Siyahı

10:04 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi məhv edilib.

Qeyd olunub ki, o cümlədən düşmənin 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

 

Bütün xəbərlər