Ermənilərin tank taborunun qərargah rəisi məhv edilib – Nazirlik

10:16 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib.

Müdafiə Nazirliyindn ABC.AZ-a daxil olan məlumata görə, düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub.

Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Eyni zamanda məlum olub ki, bir çox istiqamətlərdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq geri çəkilib. Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanıblar.

 

Bütün xəbərlər