Düşmən raket atdı, daha bir dinc sakin yaralandı – Evi isə dağıldı

10:43 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. 18.10.2020-ci il tarixdə səhər saatlarından düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Yuxarı Qiyaməddinli və Qaraxanlı kəndlərində ümumilikdə 25-dən artıq yaşayış evinə külli miqdarda ziyan dəyib.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, bundan başqa, 19.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfindən Tərtər rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Nəticədə Ələsgərli kənd sakini 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynalı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşadığı evə isə ciddi ziyan dəyib.

 

Bütün xəbərlər