Hərbiçilərimizin həyatını təhlükəyə atmayın – Nazirlik sosial şəbəkə istifadəçilərinə çağırış etdi

11:10 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi son günlər bəzi sosial şəbəkə istifadəçilərinin əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışması barədə məlumat yayıb.

ABC.AZ-ın məlumatına görə, nazirlik bu cür addımların həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola biləcəyini açıqlayıb.

"Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq" deyə məlumatda qeyd olunub.

 

Bütün xəbərlər