“PAŞA Bank” hesabat açıqladı – Mənfəətində azalma var

11:11 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. “PAŞA Bank” ASC bu ilin 9 (yanvar-sentyabr) ayı üzrə hesabatını yayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə bankın xalis mənfəəti 60,532 milyon manat təşkil edib.

Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 6,3% azdır.

Bankın xərc və gəlirlərinə gəldikdə burda da geriləmə və artım müşahidə olunur. Belə ki, 9 ay ərzində “PAŞA Bank”ın gəlirləri 225,975 milyon manat (illik müqayisədə 14% çox), xərcləri 135,258 milyon manat (26,4% az), xüsusi ehtiyatlara ayırmaları 9,216 milyon manat (40,1% az), mənfəət vergisi ödəmələri isə 20,969 milyon manat (88,7% çox) təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər