Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini artıracaq – Proqnoz

11:38 - 19.10.2020


19 oktyabr, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankı bu həftə faiz dərəcələrini açıqlayacaq.

ABC.AZ-ın məlumatına görə, Türkiyənin əsas Bankının faizləri 3 bənd artıracağı gözlənilir.

Ekspertlər hesab edir ki, Türkiyə Mərkəzi Bankı növbəti yığıncaqda faizləri 10.25%-dən 13.25%-ə qədər yüksəldəcək.

İqtisadçılar hesab edir ki, Türkiyə Mərkəzi Bankı maliyyələşdirməni məhdudlaşdırır və pul siyasətini sərtləşdirməkdə davam edəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər