Fevralın 8-nə proqnozlaşdırılan hava haqqında məlumat

07.02.2018,14:50


7 fevral, Fineko/abc.az. Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şimal küləyi əsəcək.

Gecə saatlarında Abşeronda havanın temperaturu 3-5, gündüz saatlarında isə 7-10 dərəcəyə yüksələcək, Bakıda  gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi (772 mm civə sütunu) və nisbi rütubət (70-80%) yüksək olacaq.

Ölkənin rayonlarında fevralın 8-də hava əsasən yağmursuz olcaq, lakin gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə az yağıntı olacağı ehtimal edilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı xəbər verilir.

 

Açar sözlər: proqnoz hava